Qortora · Search · Indexed page

az.wikipedia.orgFetched 2026-08-17T12:17:02Z

Ovid — Vikipediya

Ovid — Vikipediya Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi məqalə Xüsusi səhifələr Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Yaxşı məqalələr…

Open original source · Full cached text

Ovid — Vikipediya Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi məqalə Xüsusi səhifələr Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Yaxşı məqalələr Məqalə namizədləri Mövzulu ay Xüsusi Bizimlə əlaqə Kömək Axtar Axtar Görünüş İanə et Hesab yarat Daxil ol Şəxsi alətlər İanə et Hesab yarat Daxil ol Mündəricat yan panelə köçür gizlə Giriş 1 Həyatı 2 Ədəbi uğuru 3 Tomiyə sürgünu 4 Ölümü 5 Əsərləri Əsərləri alt bölməsini göstər/gizlə 5.1 Heroidlər (Qəhrəman qadınlar) 5.2 Məhəbbət şeirləri (Amores) 5.3 Ars Amotoriya (Sevgi sənəti) 5.4 Metamorfozlar 5.5 Fastlar 5.6 İbis 5.7 Kədərli elegiyalar (Trista) 5.8 Pondan məktublar (Epsitilie eks Ponto) 6 İtmiş əsərləri 7 Məşhur kəlamları 8 İstinadlar Mündəricatı göstər/gizlət Ovid 143 dildə Afrikaans Alemannisch አማርኛ Aragonés العربية مصرى অসমীয়া Asturianu Авар تۆرکجه Башҡортса Boarisch Žemaitėška Беларуская (тарашкевіца) Беларуская Български Bislama বাংলা བོད་ཡིག Brezhoneg Bosanski Batak Mandailing Буряад Català Нохчийн کوردی Qırımtatarca Čeština Чӑвашла Cymraeg Dansk Deutsch Zazaki Ελληνικά English Esperanto Español Eesti Euskara فارسی Suomi Võro Français Nordfriisk Furlan Frysk Gaeilge Galego Avañe'ẽ עברית हिन्दी Fiji Hindi Hrvatski Magyar Հայերեն Interlingua Bahasa Indonesia Ilokano Ido Íslenska Italiano 日本語 ქართული Qaraqalpaqsha Jju Адыгэбзэ Kabɩyɛ Қазақша Yerwa Kanuri 한국어 Ripoarisch Kurdî Kernowek Кыргызча Latina Lingua Franca Nova Limburgs Lombard Lietuvių Latviešu Madhurâ Malagasy Македонски മലയാളം Монгол मराठी Bahasa Melayu Эрзянь Plattdüütsch नेपाली नेपाल भाषा Nederlands Norsk nynorsk Norsk bokmål Occitan ਪੰਜਾਬੀ Picard Polski Piemontèis پنجابی Português Română Русский Русиньскый Саха тыла ᱥᱟᱱᱛᱟᱲᱤ Sardu Sicilianu Scots سنڌي Srpskohrvatski / српскохрватски Simple English Slovenčina Slovenščina Shqip Српски / srpski Seeltersk Svenska Kiswahili தமிழ் Тоҷикӣ ไทย Tagalog Tolışi Türkçe Татарча / tatarça Удмурт Українська اردو Oʻzbekcha / ўзбекча Vepsän kel’ Tiếng Việt Volapük Walon Winaray 吴语 მარგალური ייִדיש Zeêuws 文言 閩南語 / Bân-lâm-gí 粵語 中文 Keçidləri redaktə et Məqalə Müzakirə azərbaycanca Oxu Redaktə Vikimətni redaktə et Tarixçəyə bax Alətlər Alətlər yan panelə köçür gizlə Fəaliyyətlər Oxu Redaktə Vikimətni redaktə et Tarixçəyə bax Ümumi Səhifəyə keçidlər Əlaqəli redaktələr Fayl yüklə Daimi keçid Səhifə məlumatları Bu səhifəyə istinad et Qısaldılmış URL əldə et Köhnə ayrışdırıcıya keç Çap et/ixrac Kitab yarat PDF kimi yüklə Çap versiyası Digər layihələrdə Abstrakt Vikipediya Vikianbar Vikisitat Vikidata elementi Görünüş yan panelə köçür gizlə Vikipediya, azad ensiklopediya Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Ovid lat. Publius Ovidius Naso Doğum tarixi 20 mart e.ə. 43(-043-03-20)[1][2] Doğum yeri Sulmona[d], İtaliya[d], Qədim Roma[3] Vəfat tarixi 17(0017)[2][4] (58–59 yaşında) Fəaliyyəti şair Əsərlərinin dili latın dili Janrlar faciə, ağı, epos Tanınmış əsərləri Metamorfoza Ovid Vikimənbədə  Vikianbarda əlaqəli mediafayllar Publi Ovidi Nazon (20 mart e.ə. 43[1][2], Sulmona[d], İtaliya[d][3] – 17[2][4]) — görkəmli Roma şairi, Metamorfoza əsərinin müəllifi. Həyatı [redaktə | vikimətni redaktə et] Metamorphoses, 1643 Publi Ovidi Nazon eradan əvvəl 43-cü ildə martın 20-də Sulmo (Sulmen) şəhərində anadan olmuşdur. İngilis dilli ölkələrdə Ovid kimi taninir. Roma şairi olan Publi Ovidi Nazonun üç ən məşhur əsərlər toplusu: "Qəhrəman qadınlar" ("Heroidlər") "Məhəbbət şeirləri" ("Amores") "Metamorfozlar" O , həmçinin Roma təqvimi haqqında olan "Fastlar" , "Kədərli elegiyalar" ("Trista") və sürgündə olarkən yazdığı "Pontdan Məktublar"("Epistulae ex Ponto") əsərlərinin müəllifidir . Bundan əlavə bir neçə qısahəcmli şeirlərin də müəllifidir. Onun "Medeya" adlı bir faciəsi də olmuşdur. Ovidi "Hüznlü məsnəvilər" ustadı kimi qiymətləndirilir. Onun adı Latın ədəbiyyatının kanonik şairləri ilə bir sırada çəkilir. Ovidinin şeirlərinin çoxu antik və orta əsr dövrünə həsr olunmuşdur. Bu əsərlər " Klassik mifologiya " mənbəyi kimi Avropa incəsənətinə və ədəbiyyatına böyük təsir göstərmişdir. Ovidi, digər Roma şairlərindən fərqli olaraq öz həyatı haqqında daha çox danışır . Özü haqqında ən geniş məlumatı "Trista" əsərində vermişdir. Digər mənbə kimi isə Seneka və Quintilinin göstərilir. Ovidi eradan əvvəl 43-cü ildə martin 20-də Romanın şərq əyaləti olan Sulmonia şəhərində , köhnə suvari nəslinə məxsus bir şəxsin ailəsində doğulmuşdu. Bu dövr Roma siyəsətində əhəmiyyətli bir dövr olmuşdur. Ovidi təhsilini Romada Ritorika sahəsində , müəllimləri Arellius Fuskos, Porius Latro və natiqlik sahəsində mükəmməl olan qardaşı tərəfindən almışdır. Atası onu vəkil kimi görmək istəyidi. 20 yaşında aşinda qardaşının erkən ölümündən sonra , Ovidi hüquqşünas olmaqdan əl çəkmiş , Afinaya , Kiçik Asiyaya , Sicilaya səhayətlər etmişdir. Beləliklə atasının istəyini yerinə yetirmir . Onun ilk bədii qiraəti eradan əvvəl 25-ci ildə , 18 yaşında ərsəyə gəlmişdir. O , Trista əsərində Maser , Propersi , Horatsi ilə dostluğunu qeyd etmişdir. Yaradıcılığının erkən vaxtlarinda Ovidi çox məşhurlaşmışdı, lakin sonradan , eramızın 8-ci ilində İmperator Avqust tərəfindən sürgün edilmişdir. Üç dəfə ailə həyatı qurmuşdur. Bir qızı olub. Ovidi Tomidə sürgündə olarkən, sonuncu həyat yoldaşı ona çox kömək etmişdir. Şair 10 il sürgündə yaşamış , Tomi şəhərində (hazırda Konstansa adlanır) də vəfat etmiş, oradaca dəfn edilmişdir. Ədəbi uğuru [redaktə | vikimətni redaktə et] Ovidi yaradıcılığının ilk 25 ilini elegiyalara və məhəbbət şeirlərinə həsr etmişdir. Yaradıcığının erkən dövründə yazdığı əsərlərin xronologiyası əlimizdə deyildir. Onların tarixi alimlər tərəfindən deyilmişdir. Onun günümüzə qədər gəlib çatmış əsəri "Qəhreman qadınlar" ("Heroidlər") silsiləsidir. Bu, mifoloji məhəbbət elegiyasının ən yaxşi nümunəsi hesab olunur . Çox güman ki , əsər 19-cu ildə nəşr olunmuşdur. Orada 14 şeir toplanmıştır. Məhəbbət elegiyalarından ibarət beş kitab yazmışdır. Dövrümüzə gəlib çatmış "Məhəbbət şeirləri" ("Amores") müəllifin özünün hazırladığı üç kitabın müxtəsər variantidir. Bu şeirlər əsasən , qədim Beotiya şairəsi Korinnaya həsr olunmuşdur. Eradan əvvəl 16-15-ci illərdə çap olunduğu güman edilir. Digər nəşrinin isə eradan əvvəl 8–3-cü illərdə çap olunduğu deyilir. Aradakı vaxt ərzində isə Ovidinin "Medeya" faciəsini yazdiği güman edilir. Lakin bu əsər günümüzə qədər gəlib çatmamışdır. Eradan əvvəl 8-ci ildə , ən həvəsli olduğu , "Metamorfozlar" əsərini yazdı. Epik poema sayılan bu əsər Hekzametr ölçüsündə ,15 kitabdan ibarətdir. O, "Metamorfozlar"i "fasiləsiz poema" kimi yaratmışdı. O, əsəri üçün yaxşi kompozisiya qurmuş , çoxsaylı mifoloji – tarixi materialı təhkiyə obyektinə çevirmişdir. Metamorfoz (dəyişmə , çevrilmə) mövzuları qədim Roma və Yunan mifologiyasında da mühüm yer tutur. "Metamorfozlarda müəllif şən və kədərli vəziyyətlərə müraciət edir , qəhrəmanların hərəkətlərindən istifadə edərək maraqlı , təsirli epizodlar yaradır . Ovidi "Metamorfozlar" əsərini yazarkən eyni vaxtda , altı kitabdan ibarət , Roma təqvimindən bəhz edən "Fastlar" əsərini də yazmışdır. Bu əsərdə Roma bayramlarının adət və mərasimlərini təsvirə çalışmış , müxtəlif əsatir və rəvayətləri toplamışdır. Lakin əsərin kompozisiyası , Ovidi Tomidə sürgündə olarkən məhv edilmiş , əsərin bir hissəsi orada unudulmuşdur. Tomiyə sürgünu [redaktə | vikimətni redaktə et] Eramızın 8-ci ilində , Ovidi imperator Avqustun əmri ilə , Senatın və Roma məhkəməsinin müşaiyəti olmadan, Qara dəniz sahillərindəki Tomi şəhərinə sürgün edilir . Sürgün illərində kədər və qəmini göstərmək üçün , Ovidi şeirlər toplusu olan "Trista"("Kədərli elegiyalar") və "Pontdan Məktublar" ("Epsilitilae eks Ponto") əsərlərini yaratdı. Romadan uzaqda sürgündə olarkən , Roma təqvimi haqqında yazdığı "Fastlar" əsərindən əl çəkməsi üçün məcbur edilmişdi. Beləliklə , yanvar ayından iyun ayına qədər olan altı kitab əldə qalmışdır. Sürgün dövründə Ovidi keçmiş dostlarindan birini ifşa edən "İblis" poemasını yazmış, onu xeyanətdə ittiham etmişdir. "Pontdan Məktublar" ("Epsilitilae eks Ponto") əsəri , şairin Romadakı dostlarına göndərmiş olduğu təsirli məktubləardan ibarətdir. İlk üç kitabı eramızın 13–14-cü ilində , dördüncü kitab isə 14–16-cı ildə nəşr olunmuşdur. Sürgün zamanı yaradıcılığı emosional və şəxsi olmuşdur. Ovidi məktublarında , Tominin yerli əhalisi ilə dostluğundan bəhs edir və onların dillərində də bir əsər yazdığını qeyd edir. O, üçüncü həyat yoldaşına çoxlu şeirlər həsr etmişdir. Bəziləri İmperator Avqusta , özünə, Romadakı dostlarına həsr olunmuşdur . O əsərlərində tənhalığını qeyd edir. Ölümü [redaktə | vikimətni redaktə et] Ovidi , eramızın 17-ci ilində Tomidə vəfat etmişdir. İddialara görə , şəhərin bir neçə kilometr yaxınlığında dəfn edilmişdir. Əsərləri [redaktə | vikimətni redaktə et] Heroidlər (Qəhrəman qadınlar) [redaktə | vikimətni redaktə et] Məhəbbət elegiyasi sayılan bu əsər 21 beytlik şeirlər toplusudur. Bu silsiləni "Məktublar" da adlandırırlar. Məktublar öz sevgililərinə aşiq olan qadınların fərdi təəsüratlarıdır. Onlar Penelopa , Filla , Brizenda , Fedra , Enona , Qusipila , Ferminova , Didona , Ariadnaya yazılmışdır. 15-ci məktub isə tarixi Sapfonu Fanona yazılmışdır. Son vaxtlar məktublarin 21 deyil , 15 olduğu dəqiqləşdirilmişdir. Ehtimal olunur ki, 15 məktubdan sonuncusu Ovidi tərəfindən yazılmamışdır. Sonuncu məktub mifoloji qəhrəmana deyil , Sapfonan Fanona olan məktubdur. Sonuncu (16–21) məktublarda isə cavablar göstərilmişdir. Paris və Yelena , Hero və Leander və s. Sonuncu məktubların Ovidiyə məxsusluğu şübhə altındadır. Məktubların yazılışında o, Homerdən , qədim faciə motivlərindən faydalanmışdır. Obrazlarin yaradılmasında deklamasiya üslubundan faydalanmış , mifoloji sürətlərdən istifadə etmişdir. Məhəbbət şeirləri (Amores) [redaktə | vikimətni redaktə et] Bu əsər elegiya ölçülü 3 kitabdan ibarətdir. Bu şeirlər Korinnaya həsr olunuşdur və əsas mövzusu sevgi – məhəbbətdir. Birinci kitabda 15 şeir toplanmışdır. İlk şeir Ovidinin bu epik poemani yazmaqda niyyətini göstərir. 4-cü şeir didaktik məzmunludur. 5-cidə "günorta görüşü" təsvir olunmuşdur. Sonraki şeirlərdə …