Tarix — Vikipediya Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi məqalə Xüsusi səhifələr Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Yaxşı məqalələ…
Tarix — Vikipediya Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi məqalə Xüsusi səhifələr Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Yaxşı məqalələr Məqalə namizədləri Mövzulu ay Xüsusi Bizimlə əlaqə Kömək Axtar Axtar Görünüş İanə et Hesab yarat Daxil ol Şəxsi alətlər İanə et Hesab yarat Daxil ol Mündəricat yan panelə köçür gizlə Giriş 1 Tarix fəlsəfəsi 2 Tarixşünaslıq 3 Tarixdə dövrləşmə 4 Tarixi elmlər 5 Həmçinin bax 6 Mənbələr 7 İstinadlar Mündəricatı göstər/gizlət Tarix 243 dildə Аԥсшәа Адыгабзэ Afrikaans Alemannisch አማርኛ Aragonés Ænglisc العربية الدارجة مصرى অসমীয়া Asturianu Авар Kotava Aymar aru تۆرکجه Башҡортса Basa Bali Boarisch Žemaitėška Batak Toba Bikol Central Беларуская (тарашкевіца) Беларуская Betawi Български भोजपुरी ပအိုဝ်ႏဘာႏသာႏ Bamanankan বাংলা བོད་ཡིག Brezhoneg Bosanski Буряад Català 閩東語 / Mìng-dĕ̤ng-ngṳ̄ Нохчийн Cebuano کوردی Corsu Qırımtatarca Čeština Словѣньскъ / ⰔⰎⰑⰂⰡⰐⰠⰔⰍⰟ Чӑвашла Cymraeg Dansk Deutsch Zazaki Ελληνικά Emiliàn e rumagnòl English Esperanto Español Eesti Euskara Estremeñu فارسی Suomi Võro Føroyskt Français Arpetan Nordfriisk Furlan Frysk Gaeilge 贛語 Kriyòl gwiyannen Gàidhlig Galego Avañe'ẽ गोंयची कोंकणी / Gõychi Konknni ગુજરાતી Gaelg Hausa 客家語 / Hak-kâ-ngî עברית हिन्दी Fiji Hindi Hrvatski Kreyòl ayisyen Magyar Հայերեն Interlingua Jaku Iban Bahasa Indonesia Interlingue Igbo Ilokano ГӀалгӀай Ido Íslenska Medžuslovjansky Italiano ᐃᓄᒃᑎᑐᑦ / inuktitut 日本語 Patois La .lojban. Jawa ქართული Taqbaylit Kabɩyɛ Gĩkũyũ Қазақша ភាសាខ្មែរ ಕನ್ನಡ Yerwa Kanuri 한국어 Къарачай-малкъар کٲشُر Kurdî Коми Kernowek Кыргызча Latina Ladino Lëtzebuergesch Лезги Lingua Franca Nova Limburgs Ligure Ladin Lombard Lingála ລາວ Lietuvių Latgaļu Latviešu Madhurâ Basa Banyumasan Мокшень Malagasy Олык марий Македонски മലയാളം Монгол ꯃꯤꯇꯩ ꯂꯣꯟ ဘာသာမန် मराठी Bahasa Melayu Malti Mirandés မြန်မာဘာသာ مازِرونی Napulitano Nedersaksies Plattdüütsch नेपाली नेपाल भाषा Li Niha Nederlands Norsk nynorsk Norsk bokmål Novial ߒߞߏ Nouormand Sesotho sa Leboa Occitan Livvinkarjala Oromoo ଓଡ଼ିଆ Ирон ਪੰਜਾਬੀ Kapampangan Papiamentu Picard Deitsch Pälzisch Polski Piemontèis پنجابی Ποντιακά پښتو Português Pinayuanan Runa Simi Rumantsch Română Armãneashti Tarandíne Русский Русиньскый संस्कृतम् Саха тыла Sardu Sicilianu Scots سنڌي Srpskohrvatski / српскохрватски Taclḥit සිංහල Simple English Slovenčina سرائیکی Slovenščina ChiShona Soomaaliga Shqip Српски / srpski Seeltersk Sunda Svenska Kiswahili Ślůnski Sakizaya தமிழ் తెలుగు Tetun Тоҷикӣ ไทย ትግርኛ Türkmençe Tagalog Tolışi Toki pona Tok Pisin Türkçe Xitsonga Татарча / tatarça Twi ئۇيغۇرچە / Uyghurche Українська اردو Oʻzbekcha / ўзбекча Vèneto Vepsän kel’ Tiếng Việt Volapük Walon Winaray Wolof 吴语 IsiXhosa მარგალური ייִדיש Yorùbá Vahcuengh Zeêuws ⵜⴰⵎⴰⵣⵉⵖⵜ ⵜⴰⵏⴰⵡⴰⵢⵜ 文言 閩南語 / Bân-lâm-gí 粵語 中文 Keçidləri redaktə et Məqalə Müzakirə azərbaycanca Oxu Redaktə Vikimətni redaktə et Tarixçəyə bax Alətlər Alətlər yan panelə köçür gizlə Fəaliyyətlər Oxu Redaktə Vikimətni redaktə et Tarixçəyə bax Ümumi Səhifəyə keçidlər Əlaqəli redaktələr Fayl yüklə Daimi keçid Səhifə məlumatları Bu səhifəyə istinad et Qısaldılmış URL əldə et Köhnə ayrışdırıcıya keç Çap et/ixrac Kitab yarat PDF kimi yüklə Çap versiyası Digər layihələrdə Vikianbar Vikikitab Vikisitat Vikidata elementi Görünüş yan panelə köçür gizlə Vikipediya, azad ensiklopediya Herodot (təq. e.ə. 484 – təq. e.ə. 425) Qərb dünyasında "tarixin atası" hesab olunur. Tarix (q.yun. ἱστορία, historia — "sorğu; araşdırma nəticəsində əldə edilən biliklər") — keçmişdə insanı (onun fəaliyyətini, dünyagörüşünü, ictimai münasibətləri və s.) sistemli şəkildə öyrənən elm[1]; keçmişin tədqiqi və sənədləşdirilməsi. Mənbələr üzrə insan meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir.[2] Tarix – hadisələr ardıcıllığını, tarixi prosesi, təsvir olunan faktların obyektivliyini müəyyən etmək və hadisələrin səbəbləri haqqında nəticə çıxarmaq üçün keçmişlə bağlı bütün növ mənbələri öyrənən elmdir. Tarixi bilməyən insanlar keçmişin səhvlərini təkrarlamağa meyillidirlər. Keçmişin səhvlərini təkrarlamamaq üçün keçmişi bilmək lazımdır. Tarix fənnini yaxşı bilmək hər birimizin borcudur. Burada isə tarixi gerçəkliyi dərk etməyə çalışan alimlər – tarixçilər ön plana çıxır. Tarixçinin vəzifəsi hər bir alim kimi həqiqəti axtarmaqdır. Həqiqəti dərk etmək prosesi qeyri-adi dərəcədə mürəkkəb və çətindir, bu yolda alim bəzən uğursuzluqlarla qarşılaşa bilər.[1] Tarix fəlsəfəsi [redaktə | vikimətni redaktə et] Tarix- özü bir fəlsəfədir. "Tarix" anlayışı üç müxtəlif səviyyədə və mənada istifadə olunur. Birincisi, sosial-tarixi proses – ictimai inkişafı kimi; ikincisi, ictimai-siyasi hadisələrin xronoloji ardıcıllıqla təsviri kimi və nəhayət, üçüncüsü, bu prosesin insan tərəfindən bütöv bir fenomen kimi dərk olunması mənasında – "Tarix fəlsəfəsi" kimi. Tarix fəlsəfəsi insan qəlbi və şüuruna yaxın olan problemlərə bilavasitə toxunur (onun əsas maraq və mənafelərinin tarixdə özünə uyğun necə yer tapması, onların keçmişini və gələcək taleyini müəyyən etmək kimi vəzifənin öhdəsindən gəlmək və s.). insanların maraq və mənafeləri çox rəngarəngdir, bəzən antoqonist xarakter daşıyan; ona görə də tarix fəlsəfəsi müxtəlif dünyagörüşlərin və sosial-siyasi proqramların toqquşma meydanına çevrilir. Tarix insanlar üçün çox vacibdir Tarixşünaslıq [redaktə | vikimətni redaktə et] Abbasqulu ağa Bakıxanov Abbasqulu ağa Bakıxanov XIX əsrin I yarısının görkəmli maarifpərvəri, yazıçısı, şairi olmuşdur. O, Azərbaycan tarixşünaslığının banisi, Azərbaycan və Dağıstan tarixinə dair xronoloji ardıcıllığı əsas tutan zəngin və rəngarəng mənbəşünaslıq bazasına malik olan ilk müntəzəm tədqiqat əsərinin müəllifidir. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərinə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf etmirik. A. Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla "Gülüstani-İrəm" əsərini yazmışdır. Bakıxanov tarix elminin əvəzi olmayan tərbiyə və əxlaq məktəbi olduğunu qeyd edərək yazırdı: "Bu elm insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlərindən hesab edib demək olar: tarix hökmsüz və zülmsüz elə bir hökmdardır ki, bütün adəm övladı onun əmrlərinə boyun əyməkdədir… Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yolların anladır". A. Bakıxanov göstərirdi ki, "vətən tarixi"ni bilmək insanlarda milli təfəkkürün inkişafına vətənpərvərlik hislərinin tərbiyə edilməsinə, dostu düşməndən ayırmağa, millət üçün, vətən üçün faydalı və zərərli olanları fərqləndirməyə imkan verir. Tarixdə dövrləşmə [redaktə | vikimətni redaktə et] Əsas məqalə: Dövrləşdirmə Daş dövrü insanlıq tarixinin ən qədim mərhələlərindən biridir. O, Paleolit, Mezolit və Neolit dövrlərinə bölünür. Eneolit isə Daş dövründən Tunc dövrünə keçid mərhələsi hesab olunur. Paleolit dövrü e.ə. təxminən 2 milyon ildən e.ə. 12 min ilədək davam etmiş və Alt Paleolit, Orta Paleolit, Üst Paleolit mərhələlərinə ayrılmışdır. Alt Paleolit e.ə. 2 milyon ildən e.ə. 140 min ilədək olan dövrü əhatə edir və Olduvey, Şel, Aşel mərhələləri ilə səciyyələnir. Orta Paleolit e.ə. 140 min ildən e.ə. 40 min ilədək davam etmiş, bu dövrdə Son Aşel və Mustye mədəniyyətləri mövcud olmuşdur. Üst Paleolit isə e.ə. 40 min ildən e.ə. 12 min ilədək olan mərhələni əhatə edir və Orinyak, Solutre, Madlen mədəniyyətləri ilə xarakterizə olunur. Mezolit dövrü e.ə. XII-VIII minillikləri, Neolit dövrü e.ə. VII minilliyi, Eneolit dövrü isə e.ə. VI-IV minillikləri əhatə edir. Bundan sonra Tunc dövrü başlanmış və Erkən Tunc, Orta Tunc, Son Tunc mərhələlərinə bölünmüşdür.[104 gündür mənbəsizdir] Tarixin dövrləşməsi şərtidir, rahatlıq, anlaşılmaq və anlatmaq üçündür. Tarix bəşəriyyətin həyat yolu olaraq arasıkəsilməzdir, dövrləşmə isə tarixi müəyyən əlamətlərə görə aralıqlara, zaman intervallarına bölməkdir. Dövrləşmə daha qədimlərdən, daha keçmişdən yaxın zamanlara uzanan yolun döngələrini göstərir (bu döngələr mühüm görünsələr və vacib olsalar da, əsasən tarixçinin təhlil süzgəcindən keçib gələn kəşfdir, yəni subyektivdir). Müxtəlif xalqların, mədəniyyətlərin tarixi fərqli olduğuna görə fərqli dövrləşməyə məruz qalmalıdır. Biri üçün aydınlaşdırıcı mahiyyət daşıyan dövrləşmə digərinə görə mənasız ola bilər. F. Petrarca tərəfindən daxil edilən Renessans kəlməsi sonralar bütün Avropaya aid edildi, avropalaşdırıldı. Bu, Çin və ya İslam şərqinin tarixinə xas olan dövrləşmə deyil. Əsasən İtaliya üçün uyğun olan Renessans anlayışı və onun üzərində qurulan dövrləşmə Şimali Avropa üçün belə fərqlidir və o qədər də uyğun görünmür (hansı yenidənoyanma, yenidəncanlanma, nəyin oyanması, nəyin bərpası?). Qaranlıq Çağ termini də F. Petrarca `nın (1304–1463) kəşfidir (1330-larda), Antik dövrdən sonrakı dövrü Qaranlıq Çağı bildirir. Avropalıların Qaranlıq çağı İslamın ən parlaq çağı ilə az qala üst-üstə düşür. Orta çağ (Middle Ages) terminini 15-ci əsr İtalyan humanisti Flavio Biondi (1392–1463) daxil etdi. Tarixi antik, orta çağ və cağdaş dövr kimi üç hissəyə ayırmaq da həmin dövrdə baş verdi, bunu (1369–1444) Leonardo Da Vinçiyə aid edirlər. "Middle Ages" əvəzinə "Medieval" sözü də işlənilir. "Çağdaş dövr" zaman boyu hərəkət etdikcə onu iki hissəyə-yeni və ən yeni tarixə ayırmağa başlanıldı — Modern History (Yeni tarix), Contemporary History (Ən yeni tarix). Bir zamanlar Konstantinopolun türklər tərəfindən fəthi (1453) Orta çağın Middle Ages sonu…