Qortora · Search · Indexed page

az.wikipedia.orgFetched 2026-08-17T14:46:54Z

Google — Vikipediya

Google — Vikipediya Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi məqalə Xüsusi səhifələr Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Yaxşı məqaləl…

Open original source · Full cached text

Google — Vikipediya Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi məqalə Xüsusi səhifələr Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Yaxşı məqalələr Məqalə namizədləri Mövzulu ay Xüsusi Bizimlə əlaqə Kömək Axtar Axtar Görünüş İanə et Hesab yarat Daxil ol Şəxsi alətlər İanə et Hesab yarat Daxil ol Mündəricat yan panelə köçür gizlə Giriş 1 Tarixi Tarixi alt bölməsini göstər/gizlə 1.1 Maliyyə və ilk ictimai təklif 1.2 Böyümə 1.3 Alışlar və şərikliklər 1.3.1 2000–2009 1.3.2 2010—indiyədək 2 Maraqlı xüsusiyyətləri 3 Qeydlər 4 İstinadlar 5 Həmçinin bax 6 Xarici keçidlər Mündəricatı göstər/gizlət Google 187 dildə Afrikaans አማርኛ Pangcah Ænglisc Obolo العربية الدارجة مصرى অসমীয়া Asturianu अवधी Aymar aru تۆرکجه Basa Bali Boarisch Žemaitėška Bikol Central Беларуская (тарашкевіца) Беларуская Betawi Български भोजपुरी Banjar ပအိုဝ်ႏဘာႏသာႏ Bamanankan বাংলা བོད་ཡིག Brezhoneg Bosanski Català 閩東語 / Mìng-dĕ̤ng-ngṳ̄ Cebuano کوردی Čeština Словѣньскъ / ⰔⰎⰑⰂⰡⰐⰠⰔⰍⰟ Чӑвашла Cymraeg Dansk Deutsch Thuɔŋjäŋ Zazaki Dolnoserbski डोटेली ދިވެހިބަސް Eʋegbe Ελληνικά English Esperanto Español Eesti Euskara فارسی Suomi Føroyskt Français Gaeilge 贛語 Galego Bahasa Hulontalo ગુજરાતી Gaelg Hausa 客家語 / Hak-kâ-ngî עברית हिन्दी Fiji Hindi Hrvatski Hornjoserbsce Kreyòl ayisyen Magyar Հայերեն Interlingua Jaku Iban Bahasa Indonesia Interlingue Igbo Ido Íslenska Italiano 日本語 Jawa ქართული Qaraqalpaqsha Kabɩyɛ Tyap Қазақша ភាសាខ្មែរ ಕನ್ನಡ 한국어 کٲشُر Kurdî Кыргызча Latina Ligure ລາວ Lietuvių Latviešu मैथिली Malagasy Олык марий Māori Minangkabau Македонски മലയാളം Монгол ꯃꯤꯇꯩ ꯂꯣꯟ ဘာသာမန် मराठी Bahasa Melayu မြန်မာဘာသာ مازِرونی Plattdüütsch नेपाली Nederlands Norsk nynorsk Norsk bokmål ߒߞߏ Nupe Occitan Oromoo ଓଡ଼ିଆ ਪੰਜਾਬੀ Pangasinan Papiamentu Polski Piemontèis پنجابی پښتو Português Runa Simi ရခိုင် Ikirundi Română Русский Русиньскый Саха тыла ᱥᱟᱱᱛᱟᱲᱤ Sicilianu Scots سنڌي Srpskohrvatski / српскохрватски Taclḥit සිංහල Simple English Slovenčina Slovenščina Soomaaliga Shqip Српски / srpski Sunda Svenska Ślůnski தமிழ் ತುಳು తెలుగు Tetun Тоҷикӣ ไทย ትግርኛ Türkmençe Tagalog Toki pona Türkçe Татарча / tatarça Twi Удмурт ئۇيغۇرچە / Uyghurche Українська اردو Oʻzbekcha / ўзбекча Vèneto Tiếng Việt West-Vlams Walon Winaray 吴语 მარგალური ייִדיש Yorùbá Vahcuengh Zeêuws ⵜⴰⵎⴰⵣⵉⵖⵜ ⵜⴰⵏⴰⵡⴰⵢⵜ 文言 閩南語 / Bân-lâm-gí 粵語 中文 IsiZulu Keçidləri redaktə et Məqalə Müzakirə azərbaycanca Oxu Redaktə Vikimətni redaktə et Tarixçəyə bax Alətlər Alətlər yan panelə köçür gizlə Fəaliyyətlər Oxu Redaktə Vikimətni redaktə et Tarixçəyə bax Ümumi Səhifəyə keçidlər Əlaqəli redaktələr Fayl yüklə Daimi keçid Səhifə məlumatları Bu səhifəyə istinad et Qısaldılmış URL əldə et Köhnə ayrışdırıcıya keç Çap et/ixrac Kitab yarat PDF kimi yüklə Çap versiyası Digər layihələrdə Abstrakt Vikipediya Vikianbar Meta-Viki Vikikitab Vikidata elementi Görünüş yan panelə köçür gizlə Vikipediya, azad ensiklopediya Bu məqalə şirkət haqqındadır. Axtarış sistemi üçün bax: Google Search. Digər mənalar üçün bax: Google (dəqiqləşdirmə). Quqol ilə səhv salmayın. Google Google Ümumi məlumatlar Tipi məhdud məsuliyyətli cəmiyyət Sənaye internet sənayesi[d], proqram təminatı sənayesi[d], İnternet marketinqi, informasiya texnologiyaları, İnternet, texnologiya sənayesi[d] Məhsulları Google Search, Google Adwords, Google Pay, İnternetdə axtarış sistemləri, Google Maps, Gmail, Google Gemini Təsis tarixi 4 sentyabr 1998[1] Baş qərargahın yeri Mauntin-Vyu Struktur İşçi sayı 187.000 nəf. (2012, 2013, 2014, 2022) Ana şirkət Alphabet Tərəfdaşlar AdMob, Waze, Blogger, Google DeepMind, Google Work, Google Bulud Platforması, Vaymo, Google Adwords Rəhbərlik Təsisçilər Sergey Brin[2] Larri Peyc[2] Baş icraçı direktor Sundar Piçay about.google  Vikianbarda əlaqəli mediafayllar Google (translit. Quql) — dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-də yerləşən transmilli şirkət. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini AdWords proqramı ilə reklamlardan əldə edir.[3][4] Şirkət Larri Peyc ve Sergey Brin tərəfindən, Stanford Universitetində doktorantura tələbəsi olduqları vaxt qurulmuşdur. Bu ikili tez-tez Google Guys kimi adlandırılır.[5][6][7] Google ilk dəfə 4 sentyabr, 1998-ci ildə özəl bir şirkət olaraq quruldu və 19 avqust, 2004-cü ildə ictimai təklif edildi. İctimai təklif edilən dövrdə Larri Peyc, Sergey Brin və Erik Şmidt, 2024-cü ilə qədər biryerdə işləmək üçün razılığa gəldilər.[8] Quruluşundan sonrakı vəzifəsi dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etməkdir.[9] Qeyri-rəsmi şüarı isə, Google mühəndisi Amit Patel tərəfindən tapılan və Paul Buçet tərəfindən dəstəklənən[10] Don't be evil (azərb. Pis olma‎)-dır. Şirkət 2006-cı ildə Mauntin Vyu şəhərinə köçmüşdür.[11][12] Google-un dünyada məlumat mərkəzlərində bir milyondan çox serverdə işlədiyi,[13] bir milyarddan çox axtarış istəyini işlədiyi[14] və istifadəçiləri tərəfindən yaradılan məlumatın bir günə görə 24 petabayt olduğu təxmin edilir.[15][16][17][18] Şirkət, Orkut, Google Buzz ve Google+ kimi sosial şəbəkə alətləri ilə birlikdə e-poçt sistemi olan Gmail-i xidmətə verib. Əlavə olaraq, veb brauzer Google Chrome, şəkil göstərmə və redaktə proqramı Picasa və danışıq proqramı Google Talk ilə masaüstünə qədər uzanır. Bunların xaricində, Android əməliyyat sisteminin inkişafında böyük rol oynamışdır. Cr-48 əsas əməliyyat sistemi olaraq da bilinən Google Chrome OS, 15 iyun, 2011-ci ildən bəri, Samsung Series 5[19] və Acer AC700[20] kimi ticarət üçün olan Chromebook-larda[21] istifadə edilir. Alexa, google.com-u internetdə ən çox ziyarət edilən veb-sayt olaraq göstərir. YouTube, Blogger, Orkut kimi Google-a aid digər saytlar və çox sayda beynəlxalq Google saytları (google.co.in, google.co.uk və s.) isə ən çox ziyarət edilən saytlar arasında ilk yüzlüyə daxil olmuşdur.[22] Əlavə olaraq şirkət, BrandZ marka dəyəri məlumat bazası siyahısında ikinci yerdədir.[23] Buna qarşı olaraq Google, məxfilik, müəllif hüquqları kimi mövzularda şikayətlər alır.[24][25] Tarixi [redaktə | vikimətni redaktə et] Qurulduğu ilk illərdə internet dili olan HTML ilə asan dizayn edilə bilən ana səhifə[26] Google öz tarixinə 1996-cı ilin yanvar ayından başlamışdır. Həmin dövrdə Kaliforniyadakı Stenford Universitetinin doktorantura pilləsində təhsil alan tələbələr Larri Peyc və Sergey Brin tədqiqat layihəsi çərçivəsində bu saytı hazırlayıblar. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin neçə dəfə işlədilməsini əsas götürürdüsə, yeni saytda axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi.[27][28] Larri Peyc və Sergey Brin başlanğıcda sürətli işləməsi olaraq BackRub adlı bir axtarma sistemi üzərində çalışmağa başladılar. Məqsədləri iri bir məlumat yığını olan interneti bölümləmək və axtarılanları daha asan tapılan bir hala gətirməkdir. Bunun üçün yeni bir texnologiya yaratdılar. Bu texnologiya, interneti klassik sistemlərə görə daha fərqli bir şəkildə tədqiq edirdi. Bu səbəbdən qısa zamanda adları tanınmağa başladı.[29] [30] Bu yeni texnologiyaya PageRank adı verilmişdi, bu sistemə görə səhifə məlumatlarının orijinal sayt ilə olan bağlantıları tapılaraq, onlara edilən müraciətə görə sıralanırdı.[31][32] Kiçik bir axtarış mühərriki olan və Robin Li tərəfindən inkişaf etdirilən "RankDex", 1996-cı ildən bəri sayt xallandırması və sayt sıralandırması üçün bənzər bir strategiya işlədirdi.[33] RankDex patentli idi[34] və Linin Çində qurduğu Baidu adlı axtarış mühərriki bu sistemlə işləyirdi.[35][36] Peyç və Brin yeni yaratdıqları mühərrikə ilk dəfə "BackRub" adını vermişdilər, çünki saytların geri bağlantılarının yoxlanılmasının əhəmiyyətini təxmin edə bilirdilər.[37][38][39] Ancaq daha sonra "quqol" sözü üzərində orfoqrafik dəyişiklik edilərək, axtarış mühərriki Google olaraq adlandırıldı,[40][41] Google adı mühərrikə insanlara böyük bilik mənbəyinə asan giriş edə bildikləri üçün qoyulmuşdur, çünki quqol on üstü yüz (10100 ) deməkdir.[42] Başlanğıcda Google, Stanford Universitetinin alt-fəza adı olaraq google.stanford.edu fəza adını istifadə etmişdir.[43] Bu gün istifadə edilən fəza adı 15 sentyabr, 1997-ci ildə aktivləşdirildi[44] və 4 sentyabr, 1998-ci ildə Google şirkəti rəsmi formada quruldu. Şirkətin mərkəzi dostları Suzan Voycickinin[29] Menlo Park şəhərində yerləşən avtomobil qarajı seçildi. Stanford Universitetində doktorantura bölməsində təhsil alan Kreyq Silversteyn, ilk işçi olaraq işə alındı.[29][45][46] Bir il əvvəl 841 milyon ziyarətçisi olduğu halda, 2001-ci ilin may ayında 8,4%-lik artımla ziyarətçi sayı ilk dəfə 1 milyard oldu.[47] Maliyyə və ilk ictimai təklif [redaktə | vikimətni redaktə et] Google serverlərindəki ilk təminat ucuz serverlərlə edilmişdir.[48] Google-a 100 min dollarlıq ilk investisiya dəstəyini əvvəl Google-unda daxil olduğu şirkət olan Sun Microsystems-in qurucularından olan Endi Beçtolşeym vermişdir.[49] 1999-cu ilin əvvəllərində, hələ doktorantura tələbələri olan Brin ve Peyç, akademik araşdırmalar üçün bir axtarış mühərriki təkmilləşdirmənin maraqlı olacağını düşünüb, Excite-i almaq üçün CEO Corc Belə 1 milyon dollar təklif etdilər. Bell bu təklifi rədd etdi. Excite-nin qurucularından olan Vinod Xosla bu təklifi yoxlayaraq, Brin və Peyç ilə 750 min dollar barəsində müzakirələrə başladı. Google 7 iyun, 1999-cu ildə Kleiner Perkins Caufield & Byers və Sequoia Capital kimi böyük şirkətlərlərin verdiyi kreditlərdə daxil olmaqla,[49] 25 milyon dollarlıq bir fon istifadə edəcəyini açıqladı.[50] Google-nin ilk ictimai təklifi əsas iqtisadi sistemə geçişindən təxminən 5 il sonra, 19 avqust, 2004-cü ildə gerçəkləşdi. Şirkət bu təklifin nəticəsində investisiya verənlərlə, hissə başına 85 dollardan 19,605,052 hissəsini paylaşdı.[51][52] Hissələr Morqan Stenli və Kredit Suiz tərəfindən yaradılan sistem sayəsindən hissədarlara çatdırıldı.[53][54] Bazar dəyəri 23 milyard dollar olan Google, bu ictimai təklifdən sonra 1,67 milyonluq hissə satışı etdi.[55] Paylaşılan 271 milyonluq hissənin böyük hissəsinin Google nəzarəti altında qalmasından sonra, bir çox Google işçisi hissələr sayəsində milyoner oldu. Yahoo-nun sahi…