Qortora · Search · Indexed page

az.wikipedia.orgFetched 2026-08-16T01:28:52Z

Adolf Saks — Vikipediya

Adolf Saks — Vikipediya Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi məqalə Xüsusi səhifələr Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Yaxşı məqal…

Open original source · Full cached text

Adolf Saks — Vikipediya Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi məqalə Xüsusi səhifələr Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Yaxşı məqalələr Məqalə namizədləri Mövzulu ay Xüsusi Bizimlə əlaqə Kömək Axtar Axtar Görünüş İanə et Hesab yarat Daxil ol Şəxsi alətlər İanə et Hesab yarat Daxil ol Mündəricat yan panelə köçür gizlə Giriş 1 Uşaqlıq dövrü 2 Karyera və sonrakı həyat 3 Maraqlı faktlar 4 Qalereya 5 Ədəbiyyat 6 İstinadlar Mündəricatı göstər/gizlət Adolf Saks 65 dildə العربية مصرى Беларуская (тарашкевіца) Беларуская Български বাংলা Brezhoneg Bosanski Català Čeština Dansk Deutsch Ελληνικά English Esperanto Español Eesti Euskara فارسی Suomi Français Frysk Galego עברית Magyar Հայերեն Bahasa Indonesia Ido Íslenska Italiano 日本語 ქართული 한국어 Latina Lëtzebuergesch Malagasy Македонски Монгол Bahasa Melayu Nederlands Norsk nynorsk Norsk bokmål Occitan Polski Português Română Русский Srpskohrvatski / српскохрватски Simple English Slovenčina Slovenščina Српски / srpski Svenska தமிழ் ไทย Türkçe Українська اردو Tiếng Việt West-Vlams Winaray 吴语 閩南語 / Bân-lâm-gí 粵語 中文 Keçidləri redaktə et Məqalə Müzakirə azərbaycanca Oxu Redaktə Vikimətni redaktə et Tarixçəyə bax Alətlər Alətlər yan panelə köçür gizlə Fəaliyyətlər Oxu Redaktə Vikimətni redaktə et Tarixçəyə bax Ümumi Səhifəyə keçidlər Əlaqəli redaktələr Fayl yüklə Daimi keçid Səhifə məlumatları Bu səhifəyə istinad et Qısaldılmış URL əldə et Köhnə ayrışdırıcıya keç Çap et/ixrac Kitab yarat PDF kimi yüklə Çap versiyası Digər layihələrdə Vikianbar Vikidata elementi Görünüş yan panelə köçür gizlə Vikipediya, azad ensiklopediya Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Adolf. Adolf Saks Antoine-Joseph (Adolphe) Sax Doğum tarixi 6 noyabr 1814 Doğum yeri Dinan, Belçika Vəfat tarixi 4 fevral 1894 (79 yaşında) Vəfat yeri Paris, Fransa Dəfn yeri Monmartr qəbiristanlığı[1] Fəaliyyəti musiqi aləti hazırlayan[d], ixtiraçı, musiqiçi, musiqi pedaqoqu, universitet müəllimi Mükafatları  Vikianbarda əlaqəli mediafayllar Adolf (Antuan Jozef) Saks (6 noyabr 1814[2][3][…] – 7 fevral 1894[4], IX arondisman) — belçikalı musiqi alətləri ixtiraçısı. Ən məşhur ixtiraları saksofon və sakshorn alətləridir. O, 1840-cıı illərin əvvəllərində saksofonu ixtira etmiş və 1846-cı ildə patentləşdirmişdi.[5][6] Uşaqlıq dövrü [redaktə | vikimətni redaktə et] Adolf Saks 6 noyabr 1814-cü ildə Belçikanın Dinan şəhərində Çarlz Jozef Saks və həyat yoldaşı Mari Jozefin ailəsində anadan olub.[7] Onun rəsmi adı Antuan Jozef olsa da, uşaqlıqdan ona Adolf deyirdilər.[8][9] Onun atası və anası musiqi alətləri dizayneri idilər və valtorn dizaynında bir neçə dəyişiklik etmişdilər. Adolf gənc yaşlarından öz musiqi alətlərini düzəltməyə başladı və 15 yaşında iki fleyta və bir klarnetini müsabiqəyə təqdim etdi. Daha sonra o, bu iki musiqi alətində və vokal üzrə Brüssel Kral Konservatoriyasında təhsil aldı.[8][9] Saks bir neçə dəfə ölüm təhlükəsi ilə üzləşib. Uşaqlıqda o, bir neçə dəfə üç mərtəbə hündürlükdən yıxılıb, başını daşa vurub və ölü hesab edilib. Üç yaşında uşaq ikən bir qab zərərli məhlulu süd zənn edərək içib və sonra sancaq udub.[10] O bir dəfə barıt nəticəsində ağır yanıq xəsarətləri alıb və həmçinin bir dəfə də qızmar dəmir tavaya düşərək yanıb. Bir neçə dəfə o, cilalanmış mebellərin quruduğu otaqda yatdığı üçün təsadüfi zəhərlənmədən və boğulmadan sağ qalıb. Başqa bir vaxt isə gənc Saksın başına daş dəyib çaya düşüb və az qala öləcəkdi. Onun anası bir dəfə deyib ki "O, bədbəxtliyə məhkum olunmuş uşaqdır, yaşaya bilməyəcək". Qonşuları isə onu "balaca Saks, ruh" deyə çağırıblar.[11] Karyera və sonrakı həyat [redaktə | vikimətni redaktə et] Brüssel Kral Konservatoriyasını bitirdikdən sonra Saks yeni musiqi alətləri dizaynları ilə təcrübələr aparmağa başladı. valideynləri isə ənənəvi musiqi alətləri istehsalına davam etdilər. Saksın ilk vacib ixtirası bas klarnet dizaynının təkmilləşdirilməsi oldu və o, bunu 24 yaşında patentləşdirdi.[12] O, 1842-ci ildə daimi olaraq Parisə köçdü. Baxmayaraq ki, bu aləti o ixtira etməmişdi, amma onun nümunələri rəqiblərinkindən daha uğurlu oldu və bu alətlər sakshorn adı ilə məhşurlaşdı. Hektor Berlioz bu alətlərə o qədər heyran olmuşdu ki, 1844-cü ilin fevralında öz əsərlərindən birinin tamamilə sakshornda ifa olunmasını təşkil etdi.[13] Bu alətlər yeddi fərqli ölçüdə hazırlanırdı və flugelfon alətinin yaranmasına zəmin yaratdı. Bu gün sakshornlar bəzən konsert ansambllarında, yürüş orkestrlərində və simfonik orkestrdə istifadə olunur. Sakshorn eyni zamanda müasir eufonium alətinin yaranması üçün zəmin yaratdı.[14] Saks 1845-ci ildə saksotromba ailəsini hazırladı, lakin bu alətlər qısa müddət mövcud oldu. Sakshornların istifadəsi sürətlə yayıldı. Sakshorn klapanları öz dövrünün ən müasir texnologiyası kimi qəbul edildi və bu günə qədər demək olar ki, dəyişməz qalıb. Adolf Saksın etdiyi yenilikləri tezliklər Britaniya Nəfəsli Alətlər Orkestri qəbul etdi və bu orkestr tamamilə sakshorn alət ailəsini istifadə etməyə başladı.[15] 1840-cı illər ərəfəsində Saks müasir kontrabas klarnetin erkən və uğursuz modelini ixtira etdi. 28 iyun 1846-cı ildə o, orkestr və hərbi orkestr üçün nəzərdə tutulmuş saksofonu patentləşdirdi.[16] Bəstəkar Hektor Berlioz 1842-ci ildə bu yeni alət haqqında müsbət fikirlər yazdı. lakin onun dəstəyinə baxmayaraq, saksofonlar orkestrin standart tərkib hissəsinə çevrilmədi.[17] Krım Müharibəsi (1853-1856) zamanı Saksın daha iki ixtirası oldu, lakin onlardan heç biri gerçəkdə hazırlanmadı.[18] Maraqlı faktlar [redaktə | vikimətni redaktə et] Adolf Saks Belçikada avro tətbiq olunana qədər dövriyyədə olan belçika frankının 200 nominallı əskinazında təsvir olunmuşdu. Əskinazın əks tərəfində saksofonçularının, Dinanın (Saksın doğulduğu şəhərin) baş kilsəsi və qalasının siluetləri təsvir olunmuşdu. Qalereya [redaktə | vikimətni redaktə et] Sakstromba Sakshorn Sakstuba Sakshorn, 1863 Ədəbiyyat [redaktə | vikimətni redaktə et] Sax, Mule & Co, İjon-Piser Sullyet, H & D, Paris, 2004 ISBN 2 914 266 03 0 Adolphe Sax and His Saxophone. KOCHNITZKY, Leon. New York, Belgian Government Information Center, 1949. SAX REVOLUTIONS: Adolphe Sax’s life. DIAGO, José-Modesto (dir. and prod.); Spain, [EnFin Producciones] 2014, 64 min: son. col. Haine, Malou, redaktorAdolphe Sax, Bruxelles University, 1980 Thiollet, Jean-Pierre, Sax, Mule & Co, Paris: H & D, 2004, ISBN 2-914266-03-0 Horwood, Wally, redaktorAdolphe Sax 1814–1894 — His Life and Legacy, Egon Publishers Ltd., 1983, ISBN 0-905858-18-2 Ingham, Richard, redaktorThe Cambridge Companion to the Saxophone, Cambridge University Press, 1998, ISBN 978-0-521-59666-4 Cottrell, Stephen. The Saxophone. Yale University Press. 2013. səh. 33. ISBN 978-0-300-19095-3. {{cite book |last=Williams |first=Gavin |year=2019 |chapter=Introduction: Sound Unmade |editor-last= Williams |editor-first=Gavin |title=Hearing the Crimean War: Wartime Sound and the Unmaking of Sense |pages=xv–1|location=Oxford |publisher=Oxford University Press | isbn = 978-0190916756 } İstinadlar [redaktə | vikimətni redaktə et] ↑ Find a Grave (ing.). 1996. ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011. ↑ Adolphe Sax // Encyclopædia Britannica (ing.). ↑ https://www.adolphesax.be/1620141_925431760835364_1446907648_n/. ↑ Rice, Albert R. "The bass clarinets of Adolphe Sax: his influence and legacy". Revue belge de Musicologie / Belgisch Tijdschrift voor Muziekwetenschap. 70. 2016: 91–105. ISSN 0771-6788. JSTOR 26623035. ↑ von Steiger, Adrian. "Sax figures: can we deduce details of Adolphe Sax's instrument production from the sources?". Revue belge de Musicologie / Belgisch Tijdschrift voor Muziekwetenschap. 70. 2016: 129–148. ISSN 0771-6788. JSTOR 26623037. ↑ Fit for a King: An Ivory Clarinet by Charles Joseph Sax Arxiv surəti 6 yanvar 2020 tarixindən Wayback Machine saytında. 1 2 Hubbard, W. L. (1910). The American History and Encyclopedia of Music. Toledo, Ohio: Squire Cooley. p. 454. ISBN 1-4179-0200-0. 1 2 Richard Ingham. The Cambridge companion to the saxophone. Cambridge Companions to Music. Cambridge University Press. 1998. 1–2. ISBN 978-0-521-59666-4. ↑ Kochnitzky, L. Adolphe Sax and his Saxophone (ingilis). Рипол Классик. 1949. ISBN 978-5-87233-344-9. ↑ Rémy, Albert. "Adolphe Sax". Ville de Dinant. 17 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2015. ↑ Cottrell, 2013. səh. 12–13 ↑ Cottrell, 2013. səh. 18 ↑ Boyd, Clark. "Meet the 'dangerous Belgian' who invented the sax". The World (ingilis). Public Radio International. 3 dekabr 2013. İstifadə tarixi: 3 fevral 2018. ↑ T. Herbert, The British Brass Band: a Musical and Social History (Oxford: Oxford University Press, 2000), pp. 4–5. ↑ Hart, Hugh. "June 28, 1846: Parisian Inventor Patents Saxophone". Wired. 28 iyun 2010. 10 mart 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2021. ↑ Fred L. Hemke, The Early History of the Saxophone, (DMA dissertation), University of Wisconsin, 1975, 249–250. OCLC 19033726, OCLC 65652818. ↑ Williams, 2019. səh. xliii Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Adolf_Saks&oldid=9029763" Kateqoriyalar: 6 noyabrda doğulanlar 1814-cü ildə doğulanlar 79 yaşında vəfat edənlər 4 fevralda vəfat edənlər 1894-cü ildə vəfat edənlər Monmartr qəbiristanlığında dəfn olunanlar "Fəxri legion" ordeninin kavalerləri 7 fevralda vəfat edənlər Parisdə vəfat edənlər Belçikada doğulanlar İxtiraçılar Gizli kateqoriyalar: Adaşlar (tək-tək) Vikipediya:Vikidatada mənbələri olan məqalələr Əlifba sırasına görə şəxslər Vikipediya:Fərqli coğrafi zəncirləri olan səhifələr ISBN sehrli keçidlərinin istifadə olunduğu səhifələr Bu səhifə sonuncu dəfə 10:43, 9 avqust 2026 tarixində redaktə edilib. Səhifə Parsoid vasitəsilə render edilib. Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Gizlilik siyasəti Vikipediya haqqında Məsuliyyətdən imtina Hüquqi və təhlükəsizlik Davranış Kodeksi Tərtibatçılar Statistikalar Kuki məlumatı Mobil versiya Axtar Axtar Mündəricatı göstər/gizlət Adolf Saks 65 dildə Mövzu əlavə et