Bitki — Vikipediya Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi məqalə Xüsusi səhifələr Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Yaxşı məqalələ…
Bitki — Vikipediya Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi məqalə Xüsusi səhifələr Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Yaxşı məqalələr Məqalə namizədləri Mövzulu ay Xüsusi Bizimlə əlaqə Kömək Axtar Axtar Görünüş İanə et Hesab yarat Daxil ol Şəxsi alətlər İanə et Hesab yarat Daxil ol Mündəricat yan panelə köçür gizlə Giriş 1 Ümumi məlumat 2 Bitkilərdə çoxalma 3 Çiçəkli bitkilər Çiçəkli bitkilər alt bölməsini göstər/gizlə 3.1 Gövdə 3.2 Meyvələr, toxumlar və onların yayılmağa uyğunlaşması 4 Maraqlı məlumatlar 5 İstinadlar 6 Xarici keçidlər Mündəricatı göstər/gizlət Bitki 238 dildə Аԥсшәа Acèh Afrikaans Alemannisch አማርኛ Aragonés Ænglisc अंगिका العربية الدارجة مصرى অসমীয়া Asturianu अवधी Aymar aru تۆرکجه Башҡортса Basa Bali Boarisch Žemaitėška Bikol Central Беларуская (тарашкевіца) Беларуская Betawi Български भोजपुरी Banjar বাংলা Brezhoneg Bosanski Буряад Català 閩東語 / Mìng-dĕ̤ng-ngṳ̄ Нохчийн Cebuano ᏣᎳᎩ کوردی Corsu Čeština Чӑвашла Cymraeg Dansk Deutsch Zazaki Dolnoserbski Kadazandusun डोटेली ދިވެހިބަސް Ελληνικά English Esperanto Español Eesti Euskara Estremeñu فارسی Suomi Võro Na Vosa Vakaviti Føroyskt Français Arpetan Nordfriisk Furlan Frysk Gaeilge 贛語 Kriyòl gwiyannen Gàidhlig Galego Avañe'ẽ Gaelg Hausa 客家語 / Hak-kâ-ngî עברית हिन्दी Fiji Hindi Hrvatski Hornjoserbsce Kreyòl ayisyen Magyar Հայերեն Interlingua Jaku Iban Bahasa Indonesia Interlingue Igbo Ilokano ГӀалгӀай Ido Íslenska Italiano ᐃᓄᒃᑎᑐᑦ / inuktitut 日本語 Patois La .lojban. Jawa ქართული Qaraqalpaqsha Taqbaylit Jju Адыгэбзэ Kabɩyɛ Tyap Gĩkũyũ Қазақша ភាសាខ្មែរ ಕನ್ನಡ Yerwa Kanuri 한국어 کٲشُر Kurdî Kernowek Latina Ladino Lëtzebuergesch Лезги Lingua Franca Nova Limburgs Ligure Ladin Lombard Lingála ລາວ Lietuvių Latgaļu Latviešu मैथिली Basa Banyumasan Malagasy Олык марий Minangkabau Македонски മലയാളം Монгол ꯃꯤꯇꯩ ꯂꯣꯟ ဘာသာမန် मराठी Кырык мары Bahasa Melayu Malti Mirandés မြန်မာဘာသာ Эрзянь مازِرونی Nāhuatl Napulitano Nedersaksies Plattdüütsch नेपाली नेपाल भाषा Nederlands Norsk nynorsk Norsk bokmål Nouormand Occitan Livvinkarjala Oromoo ଓଡ଼ିଆ Ирон ਪੰਜਾਬੀ Kapampangan Papiamentu Picard Polski Piemontèis پنجابی پښتو Português Runa Simi ရခိုင် Română Armãneashti Tarandíne Русский Русиньскый Ikinyarwanda संस्कृतम् Саха тыла Sardu Sicilianu Scots سنڌي Srpskohrvatski / српскохрватски සිංහල Simple English Slovenčina Slovenščina ChiShona Soomaaliga Shqip Српски / srpski SiSwati Sesotho Seeltersk Sunda Svenska Kiswahili Ślůnski Sakizaya தமிழ் Tayal తెలుగు Тоҷикӣ ไทย Türkmençe Tagalog Lea faka-Tonga Toki pona Tok Pisin Türkçe Татарча / tatarça ChiTumbuka Удмурт ئۇيغۇرچە / Uyghurche Українська اردو Oʻzbekcha / ўзбекча Tshivenda Vèneto Vepsän kel’ Tiếng Việt West-Vlams Walon Winaray Wolof 吴语 IsiXhosa მარგალური ייִדיש Yorùbá Vahcuengh Zeêuws 文言 閩南語 / Bân-lâm-gí 粵語 中文 IsiZulu Keçidləri redaktə et Məqalə Müzakirə azərbaycanca Oxu Redaktə Vikimətni redaktə et Tarixçəyə bax Alətlər Alətlər yan panelə köçür gizlə Fəaliyyətlər Oxu Redaktə Vikimətni redaktə et Tarixçəyə bax Ümumi Səhifəyə keçidlər Əlaqəli redaktələr Fayl yüklə Daimi keçid Səhifə məlumatları Bu səhifəyə istinad et Qısaldılmış URL əldə et Köhnə ayrışdırıcıya keç Çap et/ixrac Kitab yarat PDF kimi yüklə Çap versiyası Digər layihələrdə Abstrakt Vikipediya Vikianbar Vikinövlər Vikisitat Vikidata elementi Görünüş yan panelə köçür gizlə Vikipediya, azad ensiklopediya Bitki Elmi təsnifat Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Beynəlxalq elmi adı Plantae Haeckel, 1866[1] Şəkil axtarışı Şablon:IPNI+ ITIS 202422 EOL 281 MB 514430 FW 151418 Bitkilər (lat. Plantae) — arxeplastidlər kladına aid aləm. Bitkilərin sistematik vahidləridə olan Aləm, Şöbə, Sinif, Sıra, Dəstə, Cins, Növ bitkilərin sistematik vahididir. Mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biridir. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. Ümumi məlumat [redaktə | vikimətni redaktə et] Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edirlər. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir. Yaşıl bitkilər torpaqdakı mineralların transformasiyasında – bəzilərinin parçalanmasında və yenilərinin sintezində, profilin kökyayılan hissəsinin strukturunun formalaşmasında, həmçinin su-hava və istilik rejiminin formalaşmasında iştirak edir. Yaşıl bitkilərin torpaqəmələgəlmədə iştirakının xüsusiyyəti bitkinin tipindən və bioloji dövranın intensivliyindən asılı olaraq müxtəlifdir. Bitki formasiyaları haqqında təlimin əsasları V. R. Vilyams tərəfindən işlənmişdir. Bitki formasiyalarının bölünməsinin əsas meyarları kimi Vilyams tərəfindən bitki qruplaşmasının tərkibi, torpağa daxil olan üzvi qalıqların xüsusiyyətləri və onun mikroorqanizmlərin təsiri altında parçalanmasının xarakteri və aerob və anaerob proseslərin müxtəlif nisbəti götürülmüşdür. O, bu prosesləri mülayim qurşağın ağac və ot formasiyalarının timsalında ətraflı şəkildə təsvir etmişdir. Hazırda bitki senozlarının torpaqəmələgəlmədə rolunu tədqiq edərkən maddələrin bioloji dövranının xarakteri və intensivliyi, həmçinin bioloji rejimi, yəni üzvi maddələrin illik tsikldə torpağa daxil olmasının müddəti və tempi də nəzərə alınır. Torpaq tədqiqatlarında və ümumiləşdirmələrdə aşağıdakı bitki senozları fərqləndirilir: Ağac formasiyaları qrupuna daxildir: tayqa meşələri, enliyarpaq meşələr, rütubətli subtropik meşələr və rütubətli tropik meşələr; Keçid ağac-ot formasiyaları qrupuna daxildir: kserofit meşələr, savannalar. Ot formasiyaları qrupuna daxildir: quru dərə və bataqlaşmış çəmənlər, prerilər, mülayim qurşağın bozqırları, subtropik kolluqlu bozqırlar. Bundan başqa səhra (subborel – vegetasiyanın yay tsikli ilə, subtropik vegetasiyanın qış tsikli ilə və tropik) və şibyə-mamır (tundra, bataqlıqlar) formasiyaları xüsusi olaraq ayrılır. Adı çəkilən bitki formasiyalarından hər biri öz üzvi maddələrinin tərkibinə, onun torpağa daxil olmasına, üzvi maddələrin parçalanmasına və torpağın mineral kütləsi ilə qarşılıqlı əlaqəsinə görə bir-birindən fərqlənir. Torpaqəmələgəlmədə senozların rolunu öyrənərkən, tərkibinin, bəzən də formasiyanın yaşının səciyyəsi ilə yanaşı, maddələrin bioloji dövranının aşağıdakı göstəriciləri detal şəklində nəzərə alınır: müşahidə anında yerüstü və kök (rizokütlə) hissəyə ayırmaqla bitkilər tərəfindən yaradılan ümumi fitokütlə; fitokütlənin illik artımı; illik töküntü; küli tərkib və azotun miqdarı; bioloji dövranın həcmi – fitokütlənin tərkibində kül elementlərin və azotun ümumi miqdarı və onun intensivliyi – fitokütlə artımının tərkibindəki kimyəvi elementlərin miqdarı; bioloji dövranın sürəti – küli elementlərin və azotun fitokütlədəki ümumi miqdarının onların töküntüdəki miqdarına nisbəti. Yer səthində meşə bitkiliyi öz biokütləsinə (1011 – 1012 t) görə üstünlük təşkil edir. O, tərkibi ağac, kol, ot və mamır-şibyə formasiyalarından ibarət çoxkomponentli mürəkkəb biosenoz əmələ gətirir. Meşə bitkiliyinin, onun torpaqəmələgəlmədə spesifik rolunu açan əsas xüsusiyyətləri aşağıdakılardır: çoxillik həyat tsikli, hər il biokütlənin yalnız bir hissəsinin, meşə döşənəyi (yarpaq, budaq, meyvə, qabıq) şəklində əsas hissədən kənarlaşması, güclü şəbəkələnmiş kök sistemi. Zəngin bitki tərkibinə malik Azərbaycan meşələrinin bioloji parametrləri tip xüsusiyyətlərindən (X. H. Muradov, 1970; B. B. Mirzəyev, 1969) asılı olaraq böyük ölçülərdə dəyişir. Meşədə bioloji dövran üçün səciyyəvi cəhət ondan azot və küli elementlərin ağac və kol bitkilərinin tərkibində toplanmış biokütlə vasitəsilə uzun müddətə kənarlaşdırılması, meşə töküntülərinin torpaq səthində transformasiyası nəticəsində meşə döşənəyinin və tərkibinə görə müxtəlif suda həll olan üzvi və mineral məhsulların yaranmasıdır. Bitki Sonuncuların atmosfer yağıntıları vasitəsilə yuyulması onların torpağın (süxurun) mineral hissəsi ilə fəal qarşılıqlı əlaqəsindən ötrü əlverişli şərait yaradır. Suda həll olan məhsulların tərkib və xassələri meşə senozunun, torpaq faunası və mikroflorasının tərkibindən, həmçinin atmosfer iqliminin və torpağın hidrotermik rejimindən, torpaqəmələgətirən suxurların tərkibindən asılıdır. Ona görə də müxtəlif şəraitlərdə müxtəlif meşə tipləri altında müxtəlif torpaqlar formalaşır.[2] Bitkilərdə çoxalma [redaktə | vikimətni redaktə et] Çoxalma canlılarda əsas bioloji xüsusiyyətdir. Bəzi bitkilər ömürlərində yalnız bir dəfə çoxalır, bəziləri isə uzun müddət çoxalmaqda davam edir. Birillik bitkilər bir dəfə toxum əmələ gətirməklə öz yaşayış dövrünü başa çatdıraraq, bir individ kimi tələf olur, o növün yaşayışını sonrakı nəsillər davam etdirir. İkillik bitkilərdə meyvə ikinci ildə əmələ gəlir və bitki tələf olur. Çoxilliklərdə cinsi çoxalma hər il davam edir və bitki tələf olmur (məsələn, ağaclarda və çoxillik otlarda). Çiçəkli bitkilər [redaktə | vikimətni redaktə et] Bitki orqanizminin hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir. Adətən orqan bir deyil, bir neçə funksiyanı yerinə yetirir. Bunlardan ancaq biri əsas funksiya hesab olunur. Kök və yarpaq, əsasən, qidalanma orqanlarıdır. Kök qida m…