Qortora · Search · Indexed page

az.wikiquote.orgFetched 2026-08-17T14:46:21Z

Volter — Vikisitat

Volter — Vikisitat Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi səhifə Xüsusi səhifələr Bizimlə əlaqə Axtar Axtar Görünüş İanə et Hesab yarat Daxil ol Şəx…

Open original source · Full cached text

Volter — Vikisitat Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi səhifə Xüsusi səhifələr Bizimlə əlaqə Axtar Axtar Görünüş İanə et Hesab yarat Daxil ol Şəxsi alətlər İanə et Hesab yarat Daxil ol Volter 55 dildə Afrikaans العربية অসমীয়া Български Banjar বাংলা Brezhoneg Bosanski Català Čeština Deutsch Ελληνικά English Esperanto Español Eesti Euskara فارسی Suomi Français Galego Bahasa Hulontalo Gungbe עברית हिन्दी Hrvatski Magyar Հայերեն Bahasa Indonesia Italiano 日本語 ქართული 한국어 Kurdî Lietuvių Nederlands Norsk nynorsk Norsk bokmål Polski Português Română Русский Simple English Slovenčina Slovenščina Shqip Српски / srpski Svenska தமிழ் ไทย Türkçe Українська Oʻzbekcha / ўзбекча Tiếng Việt 中文 Keçidləri redaktə et Məqalə Müzakirə azərbaycanca Oxu Redaktə Tarixçəyə bax Alətlər Alətlər yan panelə köçür gizlə Fəaliyyətlər Oxu Redaktə Tarixçəyə bax Ümumi Səhifəyə keçidlər Əlaqəli redaktələr Fayl yüklə Daimi keçid Səhifə məlumatları Bu səhifəyə istinad et Qısaldılmış URL əldə et Çap et/ixrac Kitab yarat PDF kimi yüklə Çap versiyası Digər layihələrdə Vikianbar Vikipediya Vikidata elementi Görünüş yan panelə köçür gizlə Volter Doğum tarixi 21 noyabr 1694 Doğum yeri Paris Vəfat tarixi 30 may 1778 Vəfat yeri Paris Dəfn yeri Panteon, Abbaye de Sellières Vikipediya məqaləsi Volter (Fransızca: François-Marie Arouet; 21 noyabr 1694, Paris — 30 may 1778, Paris) — XVII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi. Əsl adı Fransua-Mari Aruedir. A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z A [redaktə] Acgözlük sevgidən də kordur. Adamlar əldə etdikləri pis hərəkətlərdən heç vaxt vicdan əzabı çəkmirlər. Axıra kimi danışmaq darıxdırmağın ən düzgün üsuludur. Ağıl mənə Allahın mövcud olduğunu deyir. Bununla yanaşı, ağıl mənə bunun nə olduğunu heç vaxt bilməyəcyimi də deyir. Ağılla yalan danışmağı bacarmayan düşmənlərə malik olmaq böyük xoşbəxtlikdir. Allah böyük batalyonların yox, yaxşı atıcıların tərəfindədir. Allah insanı öz simasına və bənzərinə görə yaratdı, insan da eyni tərzdə Ona əvəzin verdi. Allah, məni dostlardan qoru, düşmənlərlə özüm bacararam. Allah olmasaydı, onu uydurmaq lazım gələrdi. Allah öz keşişinin kütlüyünə görə heç də əzab çəkməməlidir. Allaha inanmaq mümkün deyil, ona inanmamaq isə mənasızlıqdır. Allaha qarşı günah işlədənlər o dünyada, insanlara qarşı günah işlədənlər isə bu dünyada cəzalanmalıdır. Artıqlıq son dərəcə zəruri bir şeydir. Astronomiya üçün astrologiya nədirsə, din üçün xurafat odur: sağlam ananın dəli qızı. Ateizm — ağıllı, xurafat isə axmaq adamların qüsurudur. Azad olmaq — zövq verən şeyi etmək deməkdir. Azadlığı və həqiqəti sevməyən adam güclü ola bilər, amma heç vaxt böyük adam ola bilməz. B [redaktə] Başqasının fikrini oğurlamaq pul oğurlamaqdan da ağır cinayətdir. Başqasının sirrini vermək satqınlıq, özünün sirrini vermək isə axmaqlıqdır. Bərabərlik, ən təbii, eyni zamanda xam xəyal kimi bir şeydir. Bərabərsizlik yox, asılılıq ağırdır. Biganə adam düşməndən qorxuludur. Bir çoxu səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir. Bir iş haqqında şübhəli qərar qəbul etmək xətalı, qəti qərara gəlmək isə gülüncdür. Bir kişinin bir qadına aşiq olması kifayətdir ki, dünya necə varsa, elə də olsun. Bir kişinin qadını sevməsi yetərli oldu ki, dünya olduğu kimi olsun. Bir ölkədə oğurluq rəsmiləşsə, həmin ölkə dağılar. Birinci ittiham atılır, ikinci toxunur, üçüncü yaralayır və dördüncü öldürür. Biz bu dünyanı tapdığımız kimi axmaq və qəddar tərk edəcəyik. Biz heç vaxt yaşamırıq, biz yalnız ümid edirik ki, yaşayacağıq. Biz öz bağımızı becərməliyik. İnsanı Eden bağına qoyduqda, onu işləmək üçün oraya qoydular ki, bu da insanın istirahət üçün doğulmadığını sübut edir. Biz özümüz haqqında heç nə bilmirik: hərəkətin, həyatın, duyğuların və düşüncənin nə olduğu barədə aydın təsəvvürümüz yoxdur, materiyanın elementləri də bizə məlum deyil: biz əl havasına hərəkət edib, dumanlı mülahizələr söyləyən korlarıq.[1] Bizi həmişə öyrədirlər: olanla kifayətlənin, bundan artıq heç nə ummayın, marağınızı ram edin, narahat ruhunuzu itaətə gətirin. Hələ də mağaralarda yaşayırıq. Bizim bütün tariximiz hamının razılaşdığı uydurmadır. Böyük çəkişmələr dini fanatizm qədər cinayət törətmir. Böyük insanlar haqqında onun böyük əməllərinə əsasən deyil, buraxdıqları səhvlərə əsasən fikir yürüdürlər. Böyük işlər həmişə böyük maneələrlə müşayiət olunur. Böyük kədərlər həmişə qarşısı alınmaz tamahkarlığın meyvəsi olur. Bu dünyada uğuru yalnız qılınc sayəsində qazanır və əldə silah ölürlər. Bu dünyanın bütün nemətləri bir yaxşı dosta dəyməz. Bütün ağıllı və ləyaqətli insanları öz ətrafına yığa bilməyən hökmdar sərkərdəsiz orduya oxşayır. Bütün əksliklər qadının ürəyində cəmləşir. Bütün əsas xarici dilləri altı ilə öyrənmək olar, amma öz dilini öyrənmək üçün bir ömür bəs etməz. Bütün mənim səylərim ağılsızlığı insanlarda öldürmək və onlara dürüstlük əlavə etmək üçündür. Bütün ölkələrdə fəzilət və qüsur, mənəvi xeyir və şər cəmiyyət üçün faydalı və ya ziyanlı olması ilə müəyyən edilir. Bütün sənətlər qardaşdır, biri digərinin ziyası altında irəliləyir. Bütün ziddiyyətlər qadın ürəyində cəmləşir. C [redaktə] Cahilə həvalə edilmiş kitabxana, hərəmxananı hərəmağasına tapşırmaq kimi bir şeydir. Camaatın gözündə səhvi olan qalib general həmişə haqlı, hərəkət tərzi düzgün olsa da, məğlub general həmişə haqsız olur. Cəmiyyətdə xurafatçılar qoşunda qorxaqlar kimidir. Onlar qorxunu hiss edir və başqalarında da vahimə yaradırlar. Cəmiyyətdən kənar insan əxlaqa malik ola bilməz. Ciddi olmaq gözəldir — lakin biganə olmaq lazım deyil. Coğrafiya yeganə incəsənətdir ki, son yaranmışları həmişə daha yaxşı olur. Ç [redaktə] Çalışmaq bizi bu üç bəladan qurtarar: Can sıxıntısından, pis vərdişdən, yoxsulluqdan. Çox dil bilmək bir neçə qıfılın açarlarını əldə etmək deməkdir. Çox güman ki, boşanma da nikah kimi çox qədimdir. Amma mən hesab edirəm ki, nikah, boşanmadan bir neçə həftə qədimdir. Çoxları səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir. Çoxlu şahidin yanında ölən həmişə cəsarətlə ölür (XIV Lüdovikin ölümü). D [redaktə] Darıxdırıcı janrdan başqa bütün janrlar gözəldir. Dil həm də ona görə əhəmiyyətlidir ki, onun köməyi ilə biz öz fikirlərimizi gizlədə bilirik. Dində də ehtiraslı oyun da olduğu kimi olur — sadəlövh daxil olub hiyləgər çıxırsan. Dini doqma həmişə yalnız filosoflar tərəfindən təkzib ediləndə təhlükəsiz olur. Kainatın bütün akademikləri xalqın inancında heç nə dəyişə bilməz. Dinləyən danışanı başa düşməyəndə , danışan isə nə dediyini bilməyəndə bu fəlsəfədir. Doğru olanın kəşfi və yaxşı olanın tətbiqi fəlsəfənin ən mühüm iki məqsədidir. Dostluq iki ruhun evlənməsidir; bu izdivacda boşanma, yaxud ayrılığı dilə gətirmək belə günahdır. Dövlət adamını müstəsna bəsirət yox, xarakter yaradır. Dövləti xilas etmək üçün böyük bir insanın olması kifayətdir. Dövləti pul, maliyyə qıtlığı deyil, istedadlı şəxsiyyətlərin azlığı zəiflədir. Dövləti zəif edən amil pulun azlığı yox, istedadların azlığıdır. Dünyada təsadüf yoxdur, bu dünyada hər şey ya sınaqdır, ya cəzadır, ya mükafatdır, ya da vəhydir.[2] E [redaktə] Ehtiraslar -gəmi yelkənlərini dolduran küləklərdir. Bəzən bunlar gəmini batırır, lakin onlarsız gəmi üzə bilməzdi. Dünyada hər şey təhlükəlidir və hər şey zəruridir. Elm adamlarının qiymətinin bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər. Elmi abidələr sökülmür. Eşq bütün ehtirasların ən güclüsüdür, çünki o, eyni zamanda başı, ürəyi və bədəni zəbt edir. Evlilik ağacların peyvənd edilməsinə oxşayır. Peyvənd tutarsa, daha çox və daha keyfiyyətli məhsul əldə edilir. Peyvənd tutmazsa, heç cür meyvə də yetişmir. Ə [redaktə] Ədalətsiz qaydaların tətbiqi xalqa edilən ən böyük zülmdür. Əbədiliyə kiçik yüklə gedirlər. Əgər Allah bizim özümüzdə yoxdursa, o heç yerdə yoxdur. Əgər Allah insanı özünə bənzər şəkildə yaratdısa, insan da ona haqqını eyni cür ödədi. "Əgər Allah olmasaydı, onu icad etmək lazım idi". Ancaq bütün təbiət yüksək səslə onun var olduğunu qışqırır: ali bir zəka, böyük bir güc, heyranedici bir nizam var və hər şey bizə ondan asılılığımızı öyrədir. Əgər xalq tirana qarşı ayağa qalxmırsa, onda tiran xalqa qarşı daha da qəddarlaşacaqdır. Əgər İngiltərədə bir din olsaydı, o zaman onun zülmündən ehtiyat etmək lazım olardı. Əgər din iki olsaydı, o halda hər iki dinin nümayəndələri bir-birinin boğazını kəsərdi. Amma orada otuz din var və ona görə də onlar bərəkətli dünyada yaşayırlar. Əgər onun öldüyü həqiqətdirsə, o, böyük vətənpərvər, humanist bir insan, həqiqi dost idi. Əgər sən məşhursansa, təvazökarlıq ən məşhur üstünlüyündür. Əgər Tanrı var olmasaydı, onu icad etmək lazım olardı. Əksər insanlar üçün islah olmaq öz çatışmazlıqlarını dəyişmək deməkdir. Ən faydalısı isə oxucunu əlavə etməyə məcbur edən kitablardır. Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir. Ən xurafatlı dövrlər həmişə ən dəhşətli cinayətlər dövrü olub. Əsl igidlik fəlakət anında özünü büruzə verir. Əsl təriflər — bu, ölülərin balzamlanması üçün ruhların qoruduqları təriflərdir. Əsrin əvvəlindən bəri Avropada iki yüzdən çox müntəzəm döyüş baş verib <…>. Ən səs-küylü və ən qanlı qələbələrin bir neçə kiçik ərazini zəbt etməkdən başqa heç bir nəticəsi olmadı, sonra sülh müqavilələri ilə geri qayıtdı və yeni döyüşlər bahasına yenidən fəth edildi. Tez-tez yüz minlərlə ordu vuruşurdu, lakin ən fırtınalı səylərin nəticəsi yalnız zəif və keçici bir uğur idi: kiçik əməllər üçün böyük vasitələrdən istifadə edildi. Müasir xalqların tarixində elə bir hal olmayıb ki, müharibə etdiyi pisliyi hansısa yaxşılıqla kompensasiya etsin; Poltava qələbəsinin nəticəsi isə dünyanın ən böyük imperiyasının çiçəklənməsi oldu. F [redaktə] Fanatizm özünü dinin oğlu adlandırmağa cəsarət edən bir canavardır. Fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz. Filosoflar üçün metafizik sistemlər qadınlar üçün roman kimi bir şeydir. Fransızlar tez danışır, ləng hərəkət edirlər. G [redaktə] Gec olsun, pis olmasın. Göz yaşları iztirabın səssiz təzahürüdür. Göz yaşları—lal nitqdir. Gözəl qadın insanın gözlərinə, gözəl …