Qortora · Search · Indexed page

az.wikipedia.orgFetched 2026-08-17T14:51:47Z

2026 — Vikipediya

2026 — Vikipediya Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi məqalə Xüsusi səhifələr Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Yaxşı məqalələr…

Open original source · Full cached text

2026 — Vikipediya Məzmuna keç Əsas menyu Əsas menyu yan panelə köçür gizlə Naviqasiya Ana səhifə Kənd meydanı İcma portalı Son dəyişikliklər Təsadüfi məqalə Xüsusi səhifələr Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Yaxşı məqalələr Məqalə namizədləri Mövzulu ay Xüsusi Bizimlə əlaqə Kömək Axtar Axtar Görünüş İanə et Hesab yarat Daxil ol Şəxsi alətlər İanə et Hesab yarat Daxil ol Mündəricat yan panelə köçür gizlə Giriş 1 Yanvar 2 Fevral 3 Mart 4 Aprel 5 May 6 İyun 7 İyul 8 Ölüm hadisələri 9 Həmçinin bax 10 İstinadlar Mündəricatı göstər/gizlət 2026 166 dildə Аԥсшәа Afrikaans Alemannisch Aragonés العربية الدارجة مصرى অসমীয়া Asturianu Kotava Aymar aru تۆرکجه Башҡортса Basa Bali Žemaitėška Batak Toba Беларуская (тарашкевіца) Беларуская Betawi Български Banjar বাংলা བོད་ཡིག বিষ্ণুপ্রিয়া মণিপুরী Brezhoneg Bosanski Català 閩東語 / Mìng-dĕ̤ng-ngṳ̄ Cebuano کوردی Corsu Qırımtatarca Čeština Чӑвашла Cymraeg Dansk Deutsch Zazaki ދިވެހިބަސް Ελληνικά Emiliàn e rumagnòl English Esperanto Español Eesti Euskara Estremeñu فارسی Suomi Võro Føroyskt Français Nordfriisk Furlan Frysk Gaeilge 贛語 Gàidhlig Galego گیلکی Gaelg Hausa 客家語 / Hak-kâ-ngî עברית Hrvatski Hornjoserbsce Magyar Հայերեն Interlingua Jaku Iban Bahasa Indonesia Ilokano Ido Íslenska Italiano 日本語 Jawa ქართული Qaraqalpaqsha Қазақша ភាសាខ្មែរ 한국어 کٲشُر Kurdî Коми Kernowek Кыргызча Latina Lëtzebuergesch Luganda Limburgs Ligure Lietuvių Latviešu Basa Banyumasan Malagasy Māori Македонски മലയാളം Монгол मराठी Bahasa Melayu မြန်မာဘာသာ مازِرونی Nāhuatl Napulitano Nedersaksies नेपाल भाषा Nederlands Norsk nynorsk Norsk bokmål Occitan Livvinkarjala Ирон ਪੰਜਾਬੀ Papiamentu Polski پنجابی Português Runa Simi Română Русский Русиньскый Sardu Sicilianu سنڌي Srpskohrvatski / српскохрватски တႆး සිංහල Simple English Slovenčina Slovenščina Anarâškielâ Српски / srpski Sunda Svenska Kiswahili Ślůnski தமிழ் ತುಳು తెలుగు Тоҷикӣ ไทย Türkmençe Tagalog Tolışi Türkçe Татарча / tatarça Тыва дыл ئۇيغۇرچە / Uyghurche Українська اردو Oʻzbekcha / ўзбекча Vèneto Tiếng Việt West-Vlams Volapük Winaray 吴语 მარგალური Zeêuws ⵜⴰⵎⴰⵣⵉⵖⵜ ⵜⴰⵏⴰⵡⴰⵢⵜ 文言 閩南語 / Bân-lâm-gí 粵語 中文 Keçidləri redaktə et Məqalə Müzakirə azərbaycanca Oxu Redaktə Vikimətni redaktə et Tarixçəyə bax Alətlər Alətlər yan panelə köçür gizlə Fəaliyyətlər Oxu Redaktə Vikimətni redaktə et Tarixçəyə bax Ümumi Səhifəyə keçidlər Əlaqəli redaktələr Fayl yüklə Daimi keçid Səhifə məlumatları Bu səhifəyə istinad et Qısaldılmış URL əldə et Köhnə ayrışdırıcıya keç Çap et/ixrac Kitab yarat PDF kimi yüklə Çap versiyası Digər layihələrdə Abstrakt Vikipediya Vikianbar Vikidata elementi Görünüş yan panelə köçür gizlə Vikipediya, azad ensiklopediya Bu məqalə ümumən 2026-cı il haqqındadır. Azərbaycanda 2026-cı ildə baş verən hadisələr üçün bax: 2026-cı ildə Azərbaycan İllər 2022 • 2023 • 2024 • 2025 — 2026 — 2027 • 2028 • 2029 • 2030 Onilliklər 2000-ci illər • 2010-cu illər — 2020-ci illər — 2030-cu illər • 2040-cı illər Əsrlər XX əsr — XXI əsr — XXII əsr 2026 digər təqvimlərdə Qriqori təqvimi 2026 MMXXVI Yuli təqvimi 2026 Yuli təqvimi bizans erasında 7534-7535 (1 sentyabr) Romanın yarandığı gündən 2778-2779 (21 aprel) Avropa təqvimi 5786-5787 ה'תשפ"ו  - ה'תשפ"ז Hicri təqvim 1447-1448 Erməni təqvimi 4518-4519 (11 avqust) ՍԻԶ Çin təqvimi 4722-4723 乙巳 - 丙午 yaşıl ilan  - qırmızı at Efiopiya təqvimi 2018 - 2019 Hind təqvimi ⁃ Vikram-samvat 2082-2083 - Şaka sambat 1948—1949 ⁃ Kali-yuqa 5127-5128 İran təqvimi 1404-1405 Buddist təqvimi 2569 Holosen təqvimi 12026 Yapon xronologiyası 8 Reyva erası Fransız inqilabı təqvimi 234—235 Çuçxe təqvimi 115-ci çuçxe ili Minqo təqvimi 115-ci Tayvan ili 2026 — üçüncü minilliyin və 21-ci əsrin 26-cı ili. Bu il ərzində ABŞ Venezuela və İrana qarşı əməliyyatlar keçirmiş, Kuba böhranına və 2026 Hörmüz boğazı böhranına səbəb olmuşdur. Qrenlandiya böhranı isə davam etmişdir. Yanvar [redaktə | vikimətni redaktə et] 1 yanvar — Bolqarıstan pul vahidi olaraq avronu qəbul etmişdir.[1] 3 yanvar — ABŞ Venezuelaya hücum etmiş, Nikolas Maduro və həyat yoldaşını qaçırmışdır. Daha sonra Venezuela hökuməti ABŞ hökuməti ilə neft razılaşmasına getmişdir.[2][3] Həmçinin bax: Donald Trampın prezidentliyi dövründə ABŞ ekspansionizmi 3 yanvar — Kuba böhranının başlanması. 8–9 yanvar — 2026-cı il İran qırğınları (İran etirazları (2025–2026) çərçivəsində) 9 yanvar — Yəməndə separatçı Cənub Keçid Şurası fəaliyyətini dayandırmışdır.[4] 14 yanvar — Qrenlandiya böhranına görə, Danimarka və bir sıra Avropa ölkələri "Arktika Dözümlülüyü" əməliyyatına başlamışdır.[5] 20 yanvar — Suriya Demokratik Qüvvələri ərazisinin çoxunu itirmiş və bu ərazilər Əhməd əş-Şaraanın başçılıq etdiyi Suriya hakimiyyəti tərəfindən ələ keçirilmişdir.[6] 22 yanvar ABŞ Ümumdünya Səhiyyə Təşkilatında üzvlükdən çıxmışdır.[7] Sülh Şurasının təsisedici nizamnaməsi imzalanmışdır.[8] 26 yanvar — yalnız süni intellektin (Sİ) qarşılıqlı əlaqə qura bildiyi sosial şəbəkə olan Moltbook açılmışdır.[9] 27 yanvar — Hindistan və Avropa İttifaqı arasında Azad Ticarət Sazişi imzalanmışdır. 28 yanvar — Baramatidə Learjet 45 qəzası 30 yanvar Epşteyn sənədləri ilə bağlı 3 milyon səhifə cəmiyyətə təqdim edilmişdir.[10] Ketrin Ohara vəfat etmişdir.[11] Nikolas Maduro ABŞ ordusu tərəfindən tutulduqdan sonra. 2026-cı il İran qırğınlarından sonra Tehranda cəsədlər. 12 yanvar 2026. Danimarka və Fransa əsgərləri "Arktika Dözümlülüyü" əməliyyatında. Fevral [redaktə | vikimətni redaktə et] 5 fevral — Qondarma Dağlıq Qarabağ Respublikasının liderlərinin məhkəməsində təqsirləndirilən şəxslərə qarşı hökm çıxarılaraq onların hamısını təqsirli bilinmişdir. Arayik Harutyunyan, David Babayan, David İşxanyan, Levon Mnatsakanyan və David Manukyan ömürlük həbs cəzasına məhkum edilmişdir. Digər on təqsirləndirilən şəxs 15 ildən 20 ilə qədər həbs cəzasına məhkum olunmuşdur. 17 fevral 2026-cı ildə Ruben Vardanyan da 20 il həbs cəzasına məhkum edilmişdir.[12][13] 6–22 fevral — 2026 Qış Olimpiya Oyunları 10 fevral — Azərbaycan və ABŞ rəsmiləri strateji tərəfdaşlıq haqqında xartiya imzalamışdır.[14] 26 fevral — 2026 Əfqanıstan-Pakistan münaqişəsinin başlanma tarixi[15] 28 fevral — İran müharibəsinin başlanma tarixi. Əli Xameneinin öldürülməsi.[16] 2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi. Əli Xameneinin öldürülməsi münasibətilə İranın Bakı səfirliyində xatirə guşəsi. Mart [redaktə | vikimətni redaktə et] 2 mart — 2026 Livan müharibəsi başlamışdır.[17][18] 5 mart — İranın Naxçıvana zərbələri 8 mart — Müctəba Xamenei İranın ali dini lideri seçilmişdir.[17][18] 15 mart — Oskar mükafatı (2025) 17 mart Əli Laricani İsrail tərəfindən qətlə yetirilmişdir. Gürcüstan Patriarxı II İliya vəfat etmişdir.[19] 19 mart — Çak Norris vəfat etmişdir.[20] 26 mart — Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Şimali Koreya Sədri Kim Çen In iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalamışdır.[21] 29 mart — Rasim Balayev vəfat etmişdir.[22] 30 mart — Kosova Beynəlxalq Sabitləşdirmə Qüvvələri üçün qoşun göndərməyə razılaşmışdır.[23] İranın Naxçıvana zərbələrindən sonra Azərbaycan Təhlükəsizlik Şurasının iclası II İliyanın dəfni Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Şimali Koreya Sədri Kim Çen Inin görüşü Aprel [redaktə | vikimətni redaktə et] Artemida-2 tərəfindən çəkilmiş Yerin tam fotosu. İmperator pinqvini iqlim dəyişikliyinə görə Beynəlxalq Təbiəti Mühafizə Birliyi tərəfindən nəsli kəsilməkdə olan növ sayılmağa başlanmışdır.[24] Macarıstan seçkilərinin qalibi Peter Magyarın afişası. 1 aprel — NASA Artemida-2 kosmik missiyasını başlatmışdır. Bu, 1972-ci ildən bəri ilk ekipajlı uçuşdur.[25] 2 aprel Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilmişdir.[26] Qəbul edilən bəyanatda kritik minerallar, nüvə enerjisi, süni intelekt və kosmik texnologiyalar kimi məsələlərə yer verilmişdir.[27] Qazaxıstan Azərbaycanla müvafiq hökumətlərarası saziş imzalamaqla Transxəzər nəqliyyat marşrutunun institusional statusunu artırmağı planlaşdırdığını bəyan etmişdir. Tramp yolunun da bu marşrutla əlaqələndiriləcəyi elan edilmişdir.[28] 3 aprel — Azərbaycan–Hindistan münasibətləri: Azərbaycan və Hindistan rəsmiləri görüşərək enerji, ticarət, turizm və təhsil sahələrində əməkdaşlığı artırma yollarını müzakirə etmişdir.[29] 6 aprel Ukrayna və Suriya ölkə səfirliklərini bərpa etməyə qərar vermişdir.[30] Artemida-2 heyəti insanların Yerdən maksimum uzaqlaşdığı məsafənin rekordunu qırmışdır (406 min 771 kilometr). Yerin batması şəkli çəkilmişdir.[31] 7 aprel Gürcüstan–Qazaxıstan münasibətləri: Gürcüstan və Qazaxıstan rəsmiləri ölkələr arası əlaqələrin strateji səviyyəyə yüksəlməsini və Transxəzər nəqliyyat marşrutunun artan rolunu müzakirə etmişdir.[32] Almaniya–Qazaxıstan münasibətləri: Qazaxıstan və Almaniya Trans-Xəzər marşrutunu müzakirə etmişdir.[33] İran müharibəsində 2 həftəlik atəşkəs razılaşdırılmışdır.[34] 9 aprel — İmperator pinqvini Beynəlxalq Təbiəti Mühafizə Birliyi tərəfindən iqlim dəyişikliyinə görə nəsli kəsilməkdə olan növ sayılmağa başlanmışdır.[24] 10 aprel Özbəkistanda Əmir Teymurun 690 illiyi dövlət səviyyəsində qeyd olunmuşdur. "Əmir Teymur və Teymurilər sivilizasiyasının dünya tarixi və mədəniyyətində rolu və əhəmiyyəti" adlı elmi konfrans keçirilmişdir.[35] Daşkənddə Özbəkistanın İslam Sivilizasiyası Mərkəzi ilə Bakıdakı Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq memorandumu imzalanmışdır.[36] 11 aprel — Pakistan–Səudiyyə Ərəbistanı Strateji İkitərəfli Müdafiə Müqaviləsi: Pakistan hərbi kontingenti Səudiyyə Ərəbistanında yerləşdirilmişdir. Bu iki ölkə arasındakı müqaviləyə əsasən edilmişdir.[37][38] 12 aprel — Viktor Orban seçkidə uduzduğunu qəbul etdikdən sonra Peter Magyar Macarıstan seçkilərinin qeyri-rəsmi qalibi olmuşdur.[39] 13 aprel — Rusiyada azərbaycanlılara qarşı insident: Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski müvafiq olaraq 9 il və 8 il həbsə məhkum edilmişdir.[40] 15 aprel — Azərbaycan Hava Yollarına məxsus Embraer 190 qəzası: Azərbaycan və Rusiya 2024-cü ildə Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələ…